Zakir Qaralov: "Çağrı Mərkəzinə edilən zənglər Baş prokurora məruzə olunacaq"
“Bu günə qədər də Baş Prokurorluğun “Qaynar xətti” ilə əlaqə mərkəzi mövcud idi. Həmin mərkəz də normal fəaliyyət göstərib. Dövlət başçısının tapşırığı var ki, vətəndaş-məmur münasibətləri tam yeni müstəvidə qurulmalıdır”.
“Report”un xəbərinə görə, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Çağrı Mərkəzi “961” nömrəli olacaq: “Vətəndaşlarımız bu nömrəyə pulsuz zəng edə biləcəklər. Həmin Çağrı Mərkəzini idarə edən şöbə prokurorları prokurorluq əməkdaşlarının qanunsuz əməlləri barəsində şikayətləri qəbul edəcəklər. Eyni zamanda, prokurorluğun faəliyyət istiqaməti üzrə konkret cinayət işləri, baxılan materiallar və digər şikayətlərin dinlənilməsi həyata keçiriləcək. Bütün proseslər auido yazı ilə təsbit olunacaq. Edilən zənglər Baş prokurora məruzə olunacaq. Hər bir ərizə Baş prokuror tərəfindən qərarların icrası ilə bağlı müvafiq tapşırılıqlar veriləcək”
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi