07.04.2018 - 13:30
Ölkə
3 baxış
Zakir Həsənov: "Seçkilər ərəfəsində düşmən təxribat törətsə..."

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbər heyətinin iştirakı ilə növbəti xidməti müşavirə keçirib.
Müdafiə Nazirliyindən Minval.İnfo-ya verilən məlumata görə, Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin son çıxışlarında səsləndirdiyi fikirləri və Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları şəxsi heyətə çatdırıb.
Səfərbərlik və hərbi xidmətə çağırışın Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə uğurla davam etdirildiyini bildirən nazir, gənc əsgərlərin qəbulu və yerləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.
Müdafiə naziri qarşıdan gələn prezident seçkilərinin hərbi hissələrdə də yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Z.Həsənov bu ərəfədə düşmən tərəfindən cəbhə xəttində ehtimal olunan istənilən təxribatlara daim hazır olmağı, belə hallar baş verərsə, dərhal qarşısının alınması məqsədilə qətiyyətli tədbirlərin görülməsini tapşırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hava pisləşəcək
23.05.2022 - 16:50
Əli Əsədov qərar imzaladı
19.08.2022 - 14:37
Gəncəlilərə şad xəbər
09.06.2018 - 20:02
Ağsuda başlanan yanğın Şamaxıya çatır
05.08.2021 - 14:14
Balıq alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO
09.09.2019 - 21:14
Azərbaycan Ordusunun şanlı zəfərinin ildönümüdür
02.04.2018 - 08:40
Azərbaycanda sevgililər məzarlığı - FOTOLAR
08.09.2018 - 10:30