24.10.2019 - 14:03
Ordu
24 baxış
Zakir Həsənov NATO toplantısında iştirak etmək üçün Brüsselə gedib
NATO-nun Mənzil-Qərargahında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasina töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Brüssel şəhərinə yola düşüb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, oktyabrın 25-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.
Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
06.10.2026 - 16:48
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
05.10.2026 - 19:06
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
02.10.2026 - 11:32
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
02.10.2026 - 08:37
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
01.10.2026 - 19:12
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
01.10.2026 - 17:48
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib
01.10.2026 - 14:18
Azərbaycanın yeni PUA-ları: "BARS" və "Qartal" təqdim olundu
30.09.2026 - 19:03