02.10.2026 - 11:32
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Ordu 3 baxış

Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 2-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərlə görüş keçirib. Görüş Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutub.

Minval.info xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin hərbi sahə də daxil olmaqla, bütün istiqamətlərdə dinamik şəkildə inkişaf etdiyi qeyd olunub.

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələsi dövlət rəhbərlərinin daimi diqqətində olduğu vurğulanıb. Hər iki nazir “Birliyin Gücü-2026” birgə hərbi təliminin və bu cür görüşlərin əhəmiyyətini xüsusi olaraq qeyd edərək, gələcəkdə də əməkdaşlığın müvəffəqiyyətlə davam edəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə həmçinin hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq məsələləri, regional təhlükəsizlik və bölgədə dayanıqlı sülhün təmin olunması yolları müzakirə edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: