Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi – ADEX çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Çin Xalq Respublikasının müdafiə sənayesi korporasiyası olan NORINCO-nun vitse-prezidenti Vanq Çuan arasında görüş baş tutub.
Minval.info xəbər verir ki, görüşdə humanitar minatəmizləmə sahəsində müasir texnologiyaların tətbiqi, texniki imkanların genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Hər iki tərəf müasir yanaşmaların tətbiqi ilə minatəmizləmə işlərinin daha effektiv və təhlükəsiz həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə gələcək əməkdaşlıq istiqamətləri haqqında da danışılıb və bu sahədə əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub.
SOSİAL MEDİA MƏZMUNU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib
Azərbaycanın yeni PUA-ları: "BARS" və "Qartal" təqdim olundu
Amil Mustafayevin döyüş yolunda qazanılan qəhrəmanlıq nümunələri
Azərbaycan, Türkiyə və Özbəkistanın iştirakı ilə birgə təlimlər keçirilib
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu