Azərbaycanın yeni PUA-ları: "BARS" və "Qartal" təqdim olundu
Bakı Ekspo Mərkəzində “ADEX-2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” XV Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilir. Üç gün davam edəcək tədbir Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə təşkil olunub.
Minval.info xəbər verir ki, sərgidə Azərbaycandakı diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və xarici ölkələrin nümayəndə heyətləri iştirak edirlər. Tədbir çərçivəsində yerli istehsal olan yeni pilotsuz uçuş aparatları (PUA) ilk dəfə nümayiş etdirilib.
“BARS” adlı FPV PUA-sı sərgidə təqdim olunan yeniliklərdən biridir. Üç kiloqram çəkisi olan bu PUA saatda 20 km sürətlə hərəkət edə bilir və əsasən müdafiə məqsədləri üçün nəzərdə tutulub. “BARS” sabit qanadlı PUA-ları və FPV dronları zərərsizləşdirmək üçün istifadə edilir.
“Qartal” adlı hərbi-taktiki müşahidə və minaatan PUA-sı da ilk dəfə sərgiyə çıxarılıb. Çəkisi 13 kiloqram olan bu aparat 15 kilometr radiusda avtonom rejimdə missiyalar həyata keçirir və 1500 metr məsafədən dəqiq koordinatları təyin edə bilir.
2026-ci il istehsalı olan “Arrow 3” dronu da sərgidə nümayiş etdirilir. Bu dron 150-200 km məsafəyə qədər uçma qabiliyyətinə malikdir və hədəfini məhv etmək üçün nəzərdə tutulub. Türkiyə və Azərbaycanın birgə istehsalı olan “Hürkuş” qırıcı təyyarəsi də sərgidə ilk dəfə təqdim olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Amil Mustafayevin döyüş yolunda qazanılan qəhrəmanlıq nümunələri
Azərbaycan, Türkiyə və Özbəkistanın iştirakı ilə birgə təlimlər keçirilib
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?