Zakir Həsənov Azərbaycana yeni təyin olunan səfirlə görüşüb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op ilə görüşüb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Minval.İnfo-ya verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Koreya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Tərəflər hərbi sahədə münasibətlərin uğurla davam etdiyini, əsasən, hərbi təhsil sahəsində əməkdaşlığı, Azərbaycan Ordusunun hərbi qulluqçularının Koreya hərbi məktəblərində təhsil almalarını, eləcə də bu ölkədə keçirilən müxtəlif treninqlərdə iştirakını xüsusi vurğulayıb, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıblar.
Koreyalı səfir Azərbaycandakı fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

ƏLAQƏLİ
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib