12.07.2019 - 15:26
Картинки по запросу Deputat Zahid Oruc
Ölkə 2 baxış

Zahid Oruc bəzi dövlət qurumlarını tənqid edib

Картинки по запросу Deputat Zahid OrucSosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını Azərbaycana qarşı aparılan informasiya təbliğatına qarşı çevik fəaliyyət göstərməyə çağırıb.

APA-nın məlumatına görə, Milli Məclisin növbədənkənar sessiyasının iclasında çıxış edən Z. Oruc deyib ki, son 3 ayda dövlət qurumlarının monitorinqi müəyyən qənaətə gəlməyə əsas verir:

“İnformasiya məkanında öz mövqelərini qurub, hər gün hakimiyyətə qarşı çıxan, hakimiyyətin monolitliyini pozmaq üçün hər cür fəaliyyət göstərən qüvvələr var. Gəncə hadisələrində iştirak edən adamlardan biri həbsxanada dünyasını dəyişib, xərçəngdən ölüb, Baş Prokurorluq, Penitensiar Xidmət üç gün sonra açıqlama verir. Belə gecikmə olmamalıdır. Belə təbliğat aparılır ki, guya gəncəlilərə qarşı hansısa fəaliyyət var. Gəncədə polis zabitini qətlə yetirən şəxs Şəmkirdə qarğıdalı sahəsində polisləri qətlə yetirmək istəyərkən öldürülmüşdü. Düz də edilmişdi. Aidiyyəti məsul şəxslər və qurumlar vəzifələrini yerinə yetirməli, cəmiyyəti vaxtında məlumatlandırmalıdır. Azərbaycan əleyhinə informasiya terroru aparanlara zamanında cavab verilməlidir”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: