Zabratda ailə faciəsi: Ərini bıçaqla qətlə yetirdi
Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində dəhşətli qətl hadisəsi baş verib. 46 yaşlı Nail Syubayev ailə münaqişəsi zəminində həyat yoldaşı 42 yaşlı Alfina Azizova tərəfindən boğazı bıçaqla kəsilərək qətlə yetirilib.
Minval.info xəbər verir ki, hadisə barədə polisə daxil olan ilkin məlumatda bir nəfərin özünü kəsici alətlə öldürdüyü bildirilmişdi. Lakin hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində qətlin ailədaxili münaqişə səbəbindən törədildiyi müəyyən edilib.
Alfina Azizova polis tərəfindən saxlanılıb və istintaqa cəlb edilib. Hadisə yerindən götürülən kəsici alət sübut kimi təqdim edilib. Nail Syubayevin meyiti isə aidiyyəti üzrə təhvil verilib. Qonşuların bildirdiyinə görə, cütlük spirtli içki aludəçisi olub və mütəmadi olaraq ailədaxili mübahisələr yaşayıblar. Onların iki övladı var.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb və istintaq davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi