Yuyucu vasitələr sağlamlıq üçün təhlükəlidir
Yuyucu vasitələrdən müntəzəm istifadə etmək qadınlarda ağciyərlərin fəaliyyətində qüsurların yaranma riskini artırır.
“Minval.info” Trend-ə istinadən xəbər verir ki, bu qənaətə Bergen Universitetinin (Norveç) bir qrup mütəxəssisi gəlib. Bununla bağlı təcrübə və müşahidələr 6.200-dən çox könüllü üzərində 20 il müddətində keçirilib.
Məlum olub ki, yuyucu vasitələrlə müntəzəm işləyən evdar qadınlarda və peşəkar təmizlik işçilərində ağciyərlərin hava tutumunda azalma müşahidə olunub.
ƏLAQƏLİ
Kamil Şahverdiyev: "Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil"
Bu qadınlarda ağciyərlərin vəziyyəti 20 il siqaret çəkən şəxslərin ağciyərlərinin göstəricilərinə bərabər olub. Ağciyərlərin fəaliyyətinin pisləşməsi təmizlik zamanı nəfəs yolu ilə daxil olan maddələrin ağciyərlərə yayılması ilə izah olunur. Nəticədə bunun astma və digər xəstəliklərə yol aça biləcəyi müəyyən olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arkanzasda 1 milyon dollar dəyərində almaz aşkarlandı
Brunello Cucinelli Daşkənddə tarixi mədrəsəni podiuma çevirdi
30 dollara alınan rəsm əsəri 1,35 milyon dollara satıldı
Dağıstanda keçi sürücüyə qisas aldı
Yuxuda kabuslar görmək nə ilə əlaqədardır?
Təbiət bacarıqları ilə bağlı təlimlər insanların ruhunu yüksəldir