Kanadada 51 il əvvəl itirilmiş pul kisəsi sahibinə geri qaytarıldı
Kanadada 51 il əvvəl itirilmiş bir pul kisəsi döşəmənin altından tapılaraq sahibinə qaytarılıb. Bu maraqlı hadisə Dartmut şəhərində baş verib.
Minval.info xəbər verir ki, yerli fəhlələr evdə təmir işləri apararkən köhnə döşəmənin altından uzun müddətdir orada qalmış bir pul kisəsinə rast gəliblər. Tapıntını dülgər Mətti Qoldsmit edib. Pul kisəsinin içində sürücülük vəsiqəsi, tələbə bileti, 1975-ci ilə aid “Hamlet” tamaşasına bilet və bir dollarlıq əskinas tapılıb.
Sənədlər yaxşı vəziyyətdə olduğu üçün Qoldsmit sosial şəbəkələr vasitəsilə sahibini tapmağa çalışıb. O, tapıntının şəklini yerli bir qrupa yerləşdirib və tezliklə pul kisəsinin sahibi Riçard Qilroyun həyat yoldaşı bu xəbərə reaksiya verib. Üç gün sonra fəhlələr Qilroy ilə görüşərək pul kisəsini geri qaytarıblar.
Hazırda 68 yaşında olan Qilroy, pul kisəsini harada və nə vaxt itirdiyini xatırladığını, lakin içindəkilərin çoxunu unutduğunu bildirib. Xüsusilə içindəki orijinal əlyazma doğum şəhadətnaməsinin qalmasına təəccüblənib. İndi o, pul kisəsinin məzmununu çərçivəyə salaraq ailə yadigarı kimi qoruyub saxlamağı planlaşdırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şakira və Amazon Music Madriddəki konserti canlı yayımlayacaq
Çində qədim dağ məktəblərində gənc döyüşçülər təhsil alır
Robbi Uilyams Peruda konsert ləğvindən sonra sürpriz performans etdi
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar