Yuşvaev İsraildə pusquya düşərək qətlə yetirildi
İsraildə tanınmış kriminal avtoritet Yanis Yuşvaev qətlə yetirilib. 45 yaşlı rusiyalı Yuşvaev, “Qafqaz mafiyası”nın rəhbəri kimi tanınırdı.
Minval.info xəbər verir ki, hadisə Qeysəriyyə şəhərində, “Agenda” kafesinin yaxınlığında baş verib. Pensiyaçı görünüşündə olan killer, Yuşvaevi pusquda gözləyərək ona atəş açıb və daha sonra müşayiətçilərinə də atəş açaraq hadisə yerindən qaçıb.
Yuşvaevə qarşı ilk sui-qəsd cəhdi 2015-ci ildə olmuşdu. Son dövrlərdə digər kriminal avtoritetlərlə münaqişələri artmış və rəqibləri onun başına 1 milyon şekel (təxminən 568 min AZN) mükafat qoymuşdular. 2026-cı ilin fevralında isə Yuşvaev, Ben-Qurion hava limanında rəqiblərinə qarşı hücum planlaşdırmaq şübhəsi ilə saxlanılmışdı.
Yuşvaev, İsrailin mərkəzi rayonlarına nəzarət edən qruplaşmaya rəhbərlik edirdi. Bu qrupda Qafqaz mənşəli şəxslərin üstünlük təşkil etməsi səbəbindən “Qafqaz mafiyası” adı ilə tanınırdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi