06.07.2018 - 18:12
Gündəm
2 baxış
Yunis Səfərov saxlanma şəraiti və ona qarşı rəftardan şikayət etməyib
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərovla görüşüblər.“Ölkə.Az” xəbər verir ki, komitə sədri Tural Hüseynov APA-ya bildirib ki, görüşdə onun müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov iştirak edib.
Y. Səfərov saxlanma şəraiti və ona qarşı rəftardan şikayət etməyib.
“Yunis Səfərova qarşı hər hansı qeyri-insani rəftara və işgəncəyə yol verilməyib. O, saxlanmadan heç bir şikayət etmədi və işgəncəyə məruz qalmadığını bildirdi. Bildiyiniz kimi, Yunis Səfərov hadisəni törətdikdən sonra əlində silah qaçmağa cəhd edib və onu tutmaq istəyən polis əməkdaşlarına müqavimət göstərib. Bu zaman polis Yunis Səfərovu tərksilah etmək istəyərkən ona qanunvericilik çərçivəsində güc tətbiq etmək məcburiyyətində qalıb”, – deyə T. Hüseynov bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qurban AFFA-nın təzminatından imtina etdi - Təfərrüat
11.12.2018 - 11:54
İranda etirazların 64-cü günü: nələr baş verir?
18.11.2022 - 11:27
Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlandı
06.04.2020 - 13:26
Masazırda komendant 3 nəfəri niyə güllələdi? - Şok təfərrüat - Foto
28.04.2019 - 12:57