30.09.2026 - 12:59
Yüksəkixtisaslı miqrantlar 20 il gəlir vergisindən azad ediləcək
İqtisadiyyat 3 baxış

Yüksəkixtisaslı miqrantlar 20 il gəlir vergisindən azad ediləcək

Yüksəkixtisaslı miqrantlar Azərbaycan Respublikasında 20 il müddətinə gəlir vergisi ödəməkdən azad ediləcək. Bu qərar parlamentin plenar iclasında müzakirə edilən qanun layihələrində əksini tapıb.

Minval.info xəbər verir ki, Vergi Məcəlləsi və Miqrasiya Məcəlləsinə edilən dəyişikliklərə əsasən, bu şəxslər xaricdən əldə etdikləri gəlirlər üçün gəlir vergisi ödəməyəcəklər. Bu addım, ölkəyə yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsini təşviq etmək məqsədi daşıyır.

Qanun layihəsinə əsasən, bu güzəşt 2027-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək və 20 il müddətinə davam edəcək. Gözlənilir ki, bu dəyişikliklər ölkədə iqtisadi inkişafı və bilik mübadiləsini daha da gücləndirəcək.

Layihədə həmçinin “Sosial sığorta haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunlara da dəyişikliklər nəzərdə tutulur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: