Yükləyici, uzadıcı... - Orfoqrafiya lüğətinə daxil olacaq yeni sözlər
Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti sentyabrda çapa veriləcək.
“Minval.info” xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, çapa veriləcək orfoqrafiya lüğətində yeni sözlər öz əksini tapacaq:
“Biz yeni yaradılan sözləri ictimaiyyətin müzakirəsinə veririk. Bunların bəziləri müsbət qarşılanır, bəzilərinə ögey münasibət olur. Amma bizdə də qonşu ölkələrdə olduğu kimi bu təcrübədən istifadə edilir.
Misal üçün, “adapter” – yükləyici, “zaryatka” – yükləmə, “razetka” – yuvacıq, “udlinitel” – uzadıcı, proqnoz – öncəgörmə kimi təklif olunub. Öncəgörmə deyəndə hamının ağlına fala baxmaq gəlir, ancaq bu söz yazılı abidələrimizdə də işlənib”.
Akademik əlavə edib ki, köhnə orfoqrafiya lüğətində narazılıq yaradılan sözlər çıxarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şeyxülislam: Bu yolverilməzdir və düzgün deyil - VİDEO
Binəqədidə yanğın olub
Bu dovğaları almayın - FOTO
Seçki Məcəlləsinə dəyişiklik edildi
Leyla Əliyeva oğulları ilə “Jara”da - Video
Prezident İlham Əliyev sərəncam imzaladı