21.10.2026 - 17:24
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir
Dünya 178 baxış

Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir

Fransa parlamenti ölkənin müstəmləkəçilik dövrünə aid olan və köləlik qanunu kimi tanınan “Qara məcəllə”nin ləğvinə dair qanun layihəsini yekdilliklə qəbul edib. Publika.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qanun layihəsi parlamentin yuxarı palatası olan Senatda səsverməyə çıxarılıb və yekdilliklə təsdiqlənib. Bundan əvvəl sənəd parlamentin aşağı palatası olan Milli Məclisdə də qəbul edilmişdi.

1685-ci ildə qüvvəyə minən “Qara məcəllə” Fransanın müstəmləkələrində kölələrin həyatını və dini hüquqlarını tənzimləyirdi. Bu qanun kölələri daşınar əmlak kimi tanıyaraq kölə ticarətinə hüquqi əsas yaradırdı.

Fransa 1848-ci ildə köləliyi ləğv etsə də, “Qara məcəllə” indiyədək rəsmi şəkildə qüvvədən düşürülməmişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: