Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə oktyabrın 20-21-də Şəki şəhərinə mediatur təşkil edilib. Səfər zamanı jurnalistlər bölgənin tarixi abidələri, sənətkarlıq ənənələri və muzeyləri ilə tanışlıq imkanı əldə ediblər.
Baku.ws-ın məlumatına görə, mediaturun əsas məqsədi Şəkinin daxili turizm potensialını tanıtmaq və bölgədə yaradılan turist imkanlarını ictimaiyyətə çatdırmaq olub.
Səfər çərçivəsində media nümayəndələri “Yuxarı Baş” Milli Tarix-Memarlıq və “Kiş” Tarix-Memarlıq qoruqlarını ziyarət ediblər. Burada onlara tarixi abidələr, maddi-mədəni irs nümunələri və qorunan memarlıq tikililəri haqqında ətraflı məlumat verilib.
Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli qoruqlarda görülən bərpa və yenidənqurma işləri haqqında danışıb. O, həmçinin bu işlərin ərazilərin turistlər üçün daha cəlbedici məkana çevrilməsi məqsədini daşıdığını vurğulayıb.
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayı turistlərin böyük marağına səbəb olur. 2026-cı ilin yanvar-sentyabr aylarında sarayı 128 487 nəfər ziyarət edib. Bunlardan 72 309-u yerli, 56 178-i isə xarici turist olub.
Mediatur iştirakçıları həmçinin, Şəbəkə Emalatxanası və Təlim Mərkəzində, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində də olublar. Burada qədim sənətkarlıq ənənələri və onların yaşadılması istiqamətində görülən işlər barədə məlumat alıblar.
ƏLAQƏLİ
Avropa İttifaqı Booking.com-u saxta elanlar və fırıldaqlarla bağlı araşdırır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir
Avropa İttifaqı Booking.com-u saxta elanlar və fırıldaqlarla bağlı araşdırır
Ölümsüz meduza yaşlanmanı geri çevirmək ümidini artırır
ABŞ vətəndaşı Stiven Habbard Rusiyada azad edildi
Putin ABŞ xüsusi elçisi Vitkofu Sankt-Peterburqda qəbul etdi
Ahmet Çakarın Azərbaycana girişi qadağan edildi
Tramp enerji böhranına həll təklif edir