14.08.2020 - 10:55
Hadisə 1 baxış

Yük və minik maşınları toqquşdu - VİDEO

Abşeron rayonunda yük maşını minik avtomobili ilə toqquşub.

Minval.info BAKU.TV-ya istinadən xəbər verir ki, qəza rayonun Novxanı və Saray kəndlərini birləşdirən yolda baş verib.

31 yaşlı Vicay Baxışov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi “KamAZ” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin ön hissəsi deformasiyaya uğrayıb. Ağır xəsarət alan sürücü Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

https://www.youtube.com/watch?v=_cyj_cL8Jrs&feature=emb_title

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: