Yük maşınları Çinarlı kəndində narazılıq yaradır
Quba rayonunun Çinarlı kəndi ərazisində yerləşən və Quba-Bakı magistralı ilə Quba-Xaçmaz yolunu birləşdirən yolda yük maşınlarının hərəkəti yerli sakinlərin narazılığına səbəb olub. Bu ərazidə yük avtomobillərinin hərəkətini məhdudlaşdıran yol nişanları mövcud olsa da, bəzi sürücülər bu qadağaya əməl etmirlər. Sakinlər bildirirlər ki, yük avtomobillərinin hərəkəti həm təhlükə yaradır, həm də yolun sıradan çıxmasına səbəb olur.
Minval.info xəbər verir ki, sakinlər bu vəziyyətdən narazılıqlarını ifadə ediblər. Onlardan biri deyib: “Yük avtomobilləri həddindən artıq çox keçir. Yollar bərbad gündədir. Məktəblilərin gediş-gəlişində problem yaranır, tıxac olur və gecə saatlarında bu yolla hərəkət etmək mümkün olmur.”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026