Yük maşınının sürücüsü Bakıda "avtoşluq" etdi - VİDEO

Yük avtomobilini minik maşını kimi idarə edir…
Minval.İnfo-nun məlumatına görə, şəhərdaxili yolda ağırtonlajlı avtomobil saatda 80-90 kilometr sürətlə hərəkət edir. Görüntülər paytaxtın Nizami rayonunda lentə alınıb.
Eyni istiqamətdə hərəkətdə olan sürücülərdən biri yük avtomobilinin şəhərdə sürətlə hərəkət etdiyini görüb, dərhal onu çəkərək ”Xəzər Xəbər”in votsap nömrəsinə göndərib. Kadrlara baxdıqda da aydın görünür ki, 10 ZH 674 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü təhlükəli vəziyyət yaradaraq, avtomobili minik maşını kimi idarə edir.
O, hətta ”Koroğlu” metrostansiyası yaxınlığındakı körpünün üzərindən də eyni sürətlə keçərək üzü Dərnəgül şossesinə doğru hərəkətinə davam edir.
Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da sürücünün kobud qayda pozduğunu deyir.
Vaqif Əsədov bildirir ki, sosial şəbəkələrdə və internet portallarında yayılan bu cür görüntülər Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən araşdırılır. Qaydaları kobud pozaraq digər hərəkət iştrakçıları üçün təhlükə yaradan bu sürücü aşkar edilərək cərimə olunacaq.
Qeyd edək ki, yük avtomobilləri üçün şəhərdaxili yolda maksimum sürət saatda 60 kilometrdir. Həmin sürücü bu qaydaları pozduğu üçün o, İnzaibati Xətalar Məcəlləsinin 328, yəni ”yolda müəyyən edilmiş sürət həddini aşdığına” görə 50 manat və 2 bal ilə cərimələnəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı