Yoluxmaların artması ikinci dalğadırmı? – Baş infeksionistdən cavab
“Bu, ikinci dalğa deyil. Mən həmişə demişəm ki, ikinci dalğa söhbəti yoxdur. Xəstəlik artıb-azala bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev son günlər koronavirusun artım statistikasından danışarkən deyib. Cəlal İsayev deyib ki, bu epidemiyanın gediş xüsusiyyətləri belədir:
“Bir gün çox olar, bir gün az. İkinci dalğa isə odur ki, epidemiya sönür və birdən-birə qalxır. Əgər insanlar verilən tövsiyələrə əməl eləsələr, xəstələnmələrin sayı azalacaq, əməl etməsələr, yoluxanların sayında artım müşahidə olunacaq”.
Cəlal İsayev qeyd edib ki, xəstəliyin çoxalmasının Bakı ilə rayonların arasında məsafənin açılmasına hər hansı bir təsiri olmaz:
“Hər halda bunlar Operativ qərargah tərəfindən müəyyən edilir və qərar verilir. Etibar eləsək ki, insanlar qaydalara əməl edəcəklər, nəqliyyatada maska taxacaqlar, sosial məsafə saxlayacaqlar, o zaman icazə verilsin. Amma mən insanlara o qədər də ümid bağlamıram. Hər şey gözümün qabağındadır. Heç kim sosial məsafə saxlamır, maska taxmır, laqeyd yanaşır. Rayonlardakı vəziyyət təhlil olunandan sonra bu qərarı vermək olar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Məclis bu gün yeni Ombudsman seçəcək
Zakir Həsənov Türkiyəyə işgüzar səfərə gedib
XİN: "Ermənistana təzyiqlərin artırılmasını tələb edirik"
İctimai nəqliyyatda böyük YENİLİKLƏR: Qiymət artacaqmı? - RƏSMİ
Mayın 31-dən açıq havada maska qadağası ləğv edilir
Sabahın HAVA PROQNOZU
Güneyli fəal Tehran həbsxanasında aclıq aksiyasına başladı