07.02.2022 - 14:33
Səhiyyə
1 baxış
“Yoluxma fevralın ortasında pik həddə çatacaq, bu ayda isə sıfıra düşəcək…” – İnfeksionistdən proqnoz
Son həftələr koronavirusa yoluxmada ciddi artım qeydə alınır. Bəzi mütəxəssislər bu sayın mart ayında daha çox olacağını bildirir və bunu yaz aylarında infeksion xəstəliklərin artması ilə əlaqələndirirlər.Maraqlıdır, səsləndirilən fikirlər reallığa yaxındırmı? Mart ayında yoluxma sayının hazırkı göstəricilərlə və daha çox davam etməsi ehtimalı var?
Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Mərdan Əliyev fevral ayının ortalarınadək yoluxma sayının yüksək olacağını deyib:
“Fevral ayının ortalarına doğru biz koronavirusa yoluxmanın pik səviyyəsini görəcəyik. Bu göstərici fevralın sonunadək də davam edə bilər. Bununla bağlı dəqiq nə isə demək olmur, çünki yoluxma sayını real olaraq bilmirik. Belə ki, göstərilən rəqəmlər yoluxma sayının müəyyən hissəsidir. Bəzən ailədə bir şəxsin koronavirus testinin nəticəsi pozitiv olduqda, digər şəxs simptomları hiss etsə də, test vermir. Koronavirus testi verən şəxslər adətən xəstəliyi ağırlaşmış şəxslərdir”.
İnfeksionist yoluxma sayının 0-a çatacağı zamanla bağlı da açıqlama verib:
“Fevral ayının sonu, mart ayından etibarən koronavirusa yoluxma göstəriciləri azalmağa doğru gedəcək. Yoluxma sayının aşağı düşməsi isə sürətlə baş verəcək. Mart ayından sonra apreldən etibarən, artıq yoluxma sayının 0-a yaxınlaşdığını müşahidə edəcəyik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ödədiyiniz ƏDV-ni geri alacaqsız - VİDEO
04.05.2020 - 10:18
Bakı sakinləri peyvənd olacaqmı? - Qeyri-adi AÇIQLAMALAR - VİDEO
25.01.2021 - 12:15
Ermənilər türk iş adamını öldürdülər - “Atan bizdədir, gəl, apar”
26.02.2019 - 18:15
Azərbaycanlı məmurun oğlunun gözqamaşdıran avtomobil kolleksiyası - FOTOLAR
13.08.2020 - 14:53
Fuad Abbasov sabah Azərbaycana deportasiya olunacaq
30.05.2019 - 17:15
Universitetlərə qəbul üzrə orta ballar - SİYAHI
22.06.2018 - 16:34
"Əməkdar da, Xalqın artisti də özüməm"
14.03.2022 - 12:20