Yollarda cərimələr ən çox nəyə görə yazılır?
Bu ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 1 565,7 min olub.
Bu barədə “minval.info”ya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 15,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,1 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,9 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 4,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Qaydaların pozulmasına görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dövlət Qurumunun Direktorlar Şurası ləğv olunub
Misir Mərdanovun sürücüsü Bakıda avtobus sürücüsü işləyir - FOTOLAR
"İçərişəhərdəki evləri niyə söküb yolu genişləndirmirlər?" - FOTOLAR
Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq