Yol qəzası "Sabah"ın oyununun startını gecikdirir: "Orhus"la həyəcan dolu qarşılaşma 21:00-da başlayacaq
Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” və Azərbaycanın “Sabah” komandaları arasında baş tutacaq oyun planlaşdırılan vaxtdan gec başlayacaq.
Minval.info xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da deyil, 21:00-da start götürəcək. Bu gecikməyə Randers şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yaranan tıxac səbəb olub. Tıxac səbəbindən komandaları stadiona aparan avtobus gecikib.
Hər iki komandanın start heyətləri artıq müəyyənləşib. “Orhus” komandasında Mads Kristiansen, Kolin Ryosler, Frederik Tinqaqer, Erik Kal, Mikael Anderson, Maqnus Knudsen, Yens Yonsson, Frederik Emmeri, Tobias Bek, Ceyms Boqere, Kristian Arnstad (K) yer alacaq. “Sabah” isə Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Stiv Solvet, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris ilə meydana çıxacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır