Yol qəzalarına səbəb olan gizli təhlükə: Ara məsafəsi qorunurmu?
Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri, hərəkət zamanı təhlükəsiz ara məsafəsinin qorunmamasıdır. Bu qayda pozuntusu, xüsusilə magistral yollarda yüksək sürətlə hərəkət zamanı və şəhərdaxili yollarda nəqliyyat axınının intensiv olduğu şəraitdə ciddi nəticələrə səbəb ola bilər.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu barədə məlumat yayıb. Ara məsafəsinin kifayət qədər saxlanılmaması, qarşıdakı nəqliyyat vasitəsinin qəfil əyləcləməsi, hərəkət istiqamətini dəyişməsi və ya maneə ilə qarşılaşması zamanı sürücünün vaxtında reaksiya verməsini çətinləşdirir.
Nəticədə, arxadan toqquşmalar, zəncirvari yol-nəqliyyat hadisələri və nəqliyyat vasitələrinin idarəetmədən çıxması kimi ağır qəzalar baş verir. Əlverişsiz hava və yol şəraitində isə bu risk daha da artır. Sürücülər təhlükəsiz ara məsafəsinin sabit bir göstərici olmadığını unutmamalıdırlar. Bu məsafə, hərəkət sürətinə, yolun vəziyyətinə, hava şəraitinə və nəqliyyat axınının intensivliyinə görə dəyişməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi, bütün sürücüləri təhlükəsiz ara məsafəsinin qorunmasına xüsusi diqqət yetirməyə, qəza riskini artıran davranışlardan çəkinməyə və sükan arxasında daim məsuliyyətli davranmağa çağırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Braziliyada girov götürülən 13 uşaq xilas edildi, şübhəli öldürüldü
Rostova dron hücumu: 6 nəfər yaralandı
BDYPİ sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
Hərəkətli İsayas qasırğası Floridada fırtına ilə qarşılandı
SON DƏQİQƏTanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var
Bərdədə xəstənin ölümünə səbəb olan həkimə məhkəmə cəzası verilib
Vyanada 85 yaşlı qadına hücum edildi