FHN: 8 nəfərin meyiti tapıldı
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, üzərinə düşən vəzifələrin icrası istiqamətində fəaliyyətini davam etdirir. Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması əsas prioritetlərdən biridir.
Publika.az-a nazirlikdən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan zənglər əsasında ötən həftə ərzində bir sıra əməliyyatlar həyata keçirilib. Nazirliyin aidiyyəti qurumları tərəfindən 172 yanğına müdaxilə edilib, 29 halda köməksiz vəziyyətdə qalanlara yardım göstərilib və 3 avtonəqliyyat qəzası üzrə qəza-xilasetmə tədbirləri görülüb.
Təcili tədbirlər nəticəsində yanğınların operativ şəkildə söndürülməsi və insanların həyatlarının xilas olunması təmin edilib. Ümumilikdə, nazirliyin qüvvələri 9-u azyaşlı olmaqla 34 nəfəri xilas edib, 4 nəfər isə xəsarət alıb. Yanğın zamanı 4 nəfər təxliyə olunub və müxtəlif hadisələrlə əlaqədar 8 nəfərin meyiti tapılaraq təhvil verilib.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ötən həftə 470 hektar ərazi minalardan təmizləndi
Rusiyanın Perm bölgəsində İHA hücumu baş verib
İstanbulda 9 mərtəbəli binada qaz dəhşəti: 16 nəfər zəhərləndi
UNEC-in tələbəsi vəfat etdi
Kiyevdə yaşayış binasına dron hücumu: Onlarla insan zərər çəkib
İndoneziyada fabrik yanğını: onlarla itkin düşən var