Bakıda 10 yaşlı qız top arxasıyca qaçarkən avtomobil vurması nəticəsində öldü
Bakının Lökbatan qəsəbəsində baş verən faciəvi hadisədə 10 yaşlı qız avtomobil vurması nəticəsində həyatını itirib. Baku.ws-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) açıqlama verib.
Hadisə noyabrın 22-də günorta saatlarında baş verib. Yaşıdları ilə birlikdə oynayan qız, meydançadan kənara düşən topunu götürmək üçün yolun hərəkət hissəsinə qaçıb. Həmin an sürücü, yaşayış zonasında müəyyən edilmiş sürət həddini aşaraq, qızı görməyərək onu vurub. Nəticədə azyaşlı qız həyatını itirib.
Baş Dövlət Yol Polisi İdarəsi bu kimi faciələrin qarşısını almaq üçün həm sürücülərə, həm də piyadalara yaşayış zonalarında qanunvericiliyə uyğun olaraq hərəkət etməyi tövsiyə edib.
İdarə, sürücülərdən xüsusi ilə yaşayış ərazilərində sürət həddinə riayət etməyi, diqqətli və ehtiyatlı olmağı, piyadaların təhlükəsizliyini nəzərə almağı xahiş edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Floridada kamp zamanı gənc güllələnərək öldürüldü
Kolumbiyada bomba yüklü avtomobil partladı: 21 nəfər yaralandı
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu dünyasını dəyişib
"By Fateh Gənclik" restoranında nöqsanlar aşkarlandı
Ötən həftə 470 hektar ərazi minalardan təmizləndi
Rusiyanın Perm bölgəsində İHA hücumu baş verib
FHN: 8 nəfərin meyiti tapıldı