24.11.2026 - 13:34
Floridada kamp zamanı gənc güllələnərək öldürüldü
Hadisə 240 baxış

Floridada kamp zamanı gənc güllələnərək öldürüldü

Florida ştatında yeni vəzifəyə təyin olunan komissar Co Vinsonın oğlu Keri Vinson, bazar günü Floridanın şimal-qərbindəki Blackwater çayı sahilində kamp edərkən faciəvi şəkildə həyatını itirdi. Keri Vinson, dostları ilə birlikdə çadırda istirahət edərkən atəşə tutuldu və başına dəyən güllə nəticəsində hadisə yerində dünyasını dəyişdi.

Minval.info xəbər verir ki, hadisə şahidləri, çadırdan uzaqlaşan bir avtomobilin mühərrik səsini eşitdiklərini bildiriblər. Kamp səfərində iştirak edən digər gənclər isə xəsarət almayıb. Keri, atasının dövlət vəzifəsinə başlamaq üçün and içməsindən bir neçə gün sonra həyatını itirdi.

Polis, hadisənin çadırın xaricindən silahlı bir şəxs tərəfindən törədildiyini ehtimal edir. Blackwater çayı sahilində baş verən bu faciə ilə əlaqədar olaraq Santa Rosa İlçe Şerif Ofisi tərəfindən istintaq başladılıb. Dedektivlər, çadıra atəş açanın kimliyini və səbəbini müəyyənləşdirməyə çalışırlar.

ABC News-in məlumatına görə, Co Vinson oğlunun ölümü ilə bağlı duyğusal bir sosial media paylaşımı edərək “Bunu necə deyəcəyimi bilmirəm. Oğlumuz Keri öldü. Dünən gecə Blackwater çayı sahilində dostları ilə kamp edərkən açılan atəş nəticəsində çadırında vuruldu” ifadələrini işlədib.

Yetkililər, şahidlərin eşitdiyi avtomobilin izini tapmağa çalışır və hadisənin məqsədli olub-olmadığını və ya Kerinin təsadüfi bir güllə qurbanı olub-olmadığını araşdırır. Hələlik ictimaiyyətə şübhəli barədə məlumat verilməyib və polislər bölgədəki ziyarətçilərdən yardım istəyiblər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: