Kolumbiyada bomba yüklü avtomobil partladı: 21 nəfər yaralandı
Kolumbiyanın Meta bölgəsindəki valilik binası önündə bomba yüklü avtomobilin partlaması nəticəsində 21 nəfər yaralanıb. RCN xəbər saytının məlumatına görə, yaralananlardan beşi təhlükəsizlik işçisidir. Partlayış nəticəsində valilik binası və ətrafdakı tikililərdə ciddi ziyan meydana gəlib.
Minval.info xəbər verir ki, Kolumbiya Prezidenti Abelardo de la Espriella ABŞ-ın X şirkətinin sosial media platformasında hadisəni qınayıb və hələlik itki olmadığını bildirib. “Güvənlik qüvvələri səfərbər ediləcək” deyən Espriella, məsul şəxslərin ədalət qarşısına çıxarılması üçün bütün imkanların səfərbər ediləcəyini qeyd edib.
Meta valisi Rafaela Kortes də ordu və polis ilə koordinasiya halında təcili vəziyyət və təhlükəsizlik tədbirlərinin alındığını bildirib. O, əsas prioritetlərinin yeni hücumların qarşısını almaq, xalqın təhlükəsizliyini təmin etmək və hadisəni aydınlaşdırmaq olduğunu deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Floridada kamp zamanı gənc güllələnərək öldürüldü
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu dünyasını dəyişib
"By Fateh Gənclik" restoranında nöqsanlar aşkarlandı
Ötən həftə 470 hektar ərazi minalardan təmizləndi
Rusiyanın Perm bölgəsində İHA hücumu baş verib
FHN: 8 nəfərin meyiti tapıldı