23.11.2026 - 17:54
"By Fateh Gənclik" restoranında nöqsanlar aşkarlandı
Hadisə 130 baxış

"By Fateh Gənclik" restoranında nöqsanlar aşkarlandı

Mündəricat

Baku.ws-ın məlumatına görə, Bakı şəhərinin Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən “By Fateh Gənclik” restoranında plandankənar nəzarət tədbiri keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata görə, restoranın qida təhlükəsizliyi qeydiyyatı olmadan və antisanitar şəraitdə fəaliyyət göstərdiyi müəyyən edilib. Müəssisədə mətbəx texnoloji ardıcıllığına riayət edilmir, istehlakçılara təqdim edilən ətlərin icazə sənədləri yoxdur və işçilər tibbi müayinələrdən keçirilməyib.

Bundan əlavə, yararlılıq müddəti ötmüş müxtəlif alkoqolsuz içki və qida məhsulları da aşkarlanıb. Bu uyğunsuzluqlar səbəbindən obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.

Həmçinin laborator müayinələr üçün ət məhsullarından nümunələr götürülüb.

XƏBƏRİN VİDEOSU

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: