Yol polisi toy karvanlarına yalnız bu halda icazə verir - RƏSMİ AÇIQLAMA
Nəqliyyatın hərəkətinə süni maneə yaradan məqamlardan biri də toy karvanlarıdır. Ümumiyyətlə, toy karvanlarının yol hərəkəti qaydalarına riayət etməməsi halları hər zaman müşahidə edilir. Bu da digər yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə törədir.
Baş Dövlət Yol Polisi İdarəsi vəziyyətlə bağlı profilaktik tədbirlər görür.
İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Oxu.Az-a bildirib ki, bu mövzuda mütəmadi tədbirlər görülür, sürücülərə xəbərdarlıq olunur:
ƏLAQƏLİ
Ağdam, Xocalı və Laçın sakinlərinə damazlıq heyvanların paylanılmasına başlandı
“Bu sahədə daim təbliğat işləri aparılır. Toy karvanlarının hərəkəti ilə bağlı sürücülərə xəbərdarlıq edilir. Təəssüf ki, bəzi hallarda qayda pozuntularına yol verilir. Qeyd etmək istəyirəm ki, yollardakı təhlükəsizliyi təmin etmək üçün yol polisi əməkdaşları daimi zəruri tədbirlər həyata keçirir və bəzi hallarda toy karvanlarının hərəkətinə xüsusi texniki vasitələrlə nəzarət olunur”.
R.Quliyev qeyd edib ki, toy karvanı digər hərəkət iştirakçılarına maneə yaratmamalıdır:
“Toy karvanı bütün qaydalara riayət etmək şərtilə hərəkət etməlidir. Optimal sürət seçməklə manevr və ötmə qaydalarına əməl olunmalı, karvandakı avtomobillərin sayı mümkün qədər az olmalıdır. Avtomobillərin karvan şəklində yalnız bir zolaq üzrə sağ tərəfdə hərəkət etmələri tövsiyə olunur”.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var