Yeniyetmələr arasında bıçaqlanma ilə bağlı məktəbdən AÇIQLAMA

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 182 nömrəli tam orta məktəb bu təhsil müəssisəsində yeniyetmələr arasında davanın baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Minval.İnfo xəbər verir ki, məktəbdən Trend-ə verilən məlumata görə, bəzi saytlarda məktəbin ətrafında yeniyetmələrin münaqişəsi kimi qeyd olunan hadisənin məktəblə heç bir əlaqəsi yoxdur: “Sözügedən yeniyetmələrin heç biri məktəbli deyil”.
Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda, 182 saylı orta məktəbin yaxınlığında baş verib. Rayon sakinləri, 2002-ci il təvəllüdlü V.Nəcəfəliyev 2001-ci il təvəllüdlü S.Məmmədkərimovla mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə V.Nəcəfəliyev S.Məmmədkərimovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla Bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsini 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ata oğlunu öldürdü
9 ildir axtarılan Xəyalə öldürülübmüş - Qalıqları tapıldı - Foto
Abşeronda DƏHŞƏT: Yeniyetmə oğlan anasını öldürdü
Azərbaycanda müəmmalı hadisə: 41 yaşlı kişi dəhşət saçdı