20.11.2026 - 17:54
Netanyahu: İsrailin taleyi təhlükədədir
Dünya 180 baxış

Netanyahu: İsrailin taleyi təhlükədədir

İsrailin Baş naziri Benyamin Netanyahu, Telegram hesabında yayımladığı video mesajında İsrail üçün təhlükəsizlik riskləri barədə məlumat verib. O, Eisenkot, Birlikdə Siyahı liderlərindən Naftali Bennett və Evimiz İsrail Partiyası lideri Aviqdor Liberman ilə bu mövzuda müzakirələr aparıldığını bildirib.

Netanyahu, “tarixi bir dönüm nöqtəsində” olduqlarını və bu vəziyyətdə məsuliyyətin birlikdən keçdiyini vurğulayıb. Minval.info xəbər verir ki, Netanyahu, müxalifətin “terror dəstəkçisi” adlandırdığı İsrail vətəndaşı Fələstinlilərin dəstəyilə azlıq hökuməti qurmağa çalışdığını iddia edib.

Baş nazir, “Sionist birlik hökuməti” çağırışını təkrarlayaraq, “İsrailin taleyi təhlükədədir” deyə qeyd edib. İsraildə 27 oktyabrda keçirilən seçkilərdə koalisiya ilə bağlı qeyri-müəyyənlik yaranmışdı. Netanyahu koalisiyası 53, Eisenkotun liderliyindəki dəyişiklik bloku isə 48 mandat qazanmışdı. İsrail vətəndaşı Fələstinliləri təmsil edən Ərəb partiyaları isə 19 millət vəkili ilə tarix yazmışdı.

İsrail Prezidenti İshak Hersoq, hökumət qurmaq səlahiyyətini Eisenkota vermişdi. Netanyahu, Ərəb partiyalarını “terror dəstəkçisi” adlandıraraq, bu hökumətə qarşı çıxış etmiş və “dəyişiklik bloku”na birlik hökuməti çağırışlarını artırmışdı.

Seçkilərdən sonra İranla bağlı hücum ehtimalları da İsraildə gündəmin əsas mövzularından birinə çevrilib. İsrail mətbuatı, Baş Qərargah rəisi Eyal Zamirin Netanyahu ilə İran məsələsində anlaşmazlıq yaşadığını bildirib. Netanyahu, İranla bağlı hücum niyyətində olduğunu qeyd edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: