20.11.2026 - 16:54
Lufthansa maliyyə itkiləri səbəbindən min işçini ixtisar edir
İqtisadiyyat 146 baxış

Lufthansa maliyyə itkiləri səbəbindən min işçini ixtisar edir

Lufthansa, maliyyə itkilərini azaltmaq məqsədilə pilotlar birliyi Vereinigung Cockpit (VC) ilə uzun müddətdir davam edən münaqişəni həll etmək üçün yeni bir təklif təqdim edib. Şirkət, bu təklifdə 2033-cü ilə qədər min yeni kokpit işçisinin işə qəbulunu, hər il 150 əlavə kapitanın təyin olunmasını, 2027 və 2028-ci illər üçün bir dəfəlik ödənişləri və 2029-cu ildən etibarən maaş artımlarını nəzərdə tutub.

Minval.info xəbər verir ki, Lufthansa, rəqabət gücünü artırmaq üçün maaşların müvəqqəti olaraq sabitləşdirilməsini, maaş skalalarının yenidən tənzimlənməsini və məhsuldarlığın artırılmasını da bu təkliflər paketinə daxil edib.

VC, vasitəçilik prosesində ortaya çıxan paketi dəstəklədiyini və Lufthansa-nın bu paketi rədd etdiyini bildirib. Buna görə də, hava yolu qrupuna mövqeyini yenidən nəzərdən keçirməsi üçün 23 noyabra qədər vaxt verilib.

Həmkarlar ittifaqı, mətbuat nümayəndələri ilə keçirilən görüşdə “top artıq işəgötürənin meydançasındadır” deyə bildirib. Müddətin sonunda hansı addımların atılacağı haqqında məlumat verilməsə də, danışıqlar davam edərkən tətil etməmə öhdəliyinin sona çatdığını qeyd edib.

Reuters-in məlumatına görə, VC, Lufthansa-nın iş güvənliyi təmin etməsi şərti ilə maaşların dondurulması, artıq iş saatlarının ödənişlərinin azaldılması və vasitəçinin təklifindəki dəyişən maaşlarda ciddi kəsintilərə açıq olduğunu bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: