Yeni televiziya kanalı sabahdan ümumrespublika yayımına çıxacaq
“Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalı – ARB 24 noyabrın 27-də səhər saatlarından etibarən ümumrespublika yayımında olacaq”.
Bunu “Report”a açıqlamasında ARB media qrupunun strateji inkişaf direktoru İsmayıl Həsənov deyib.
O bildirib ki, televiziya kanalı artıq fəaliyyətə başlamağa tam olaraq hazırdır.
Xatırladaq ki, yeni televiziya kanalı noyabrın 12-dən daxili test yayımına çıxmışdı.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) müsabiqə elan edib. Həmin ilin dekabrın 16-dək davam edən müsabiqənin qalibi “Türkel TV” MMC (ARB 24) olub. Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurasının yeni üzvləri açıqlandı
Modern.az 17 ildir oxucularla birlikdə!
İTV 21 yaşını qeyd edir
Jurnalistlər haqqında yanlış xəbərlər etiraz doğurdu
Mais Ağayev bu tv-yə rəhbər təyin olundu
Space TV-də yeni yüksək vəzifə təyinatı