Yeni şəxsiyyət vəsiqələrinin maraqlı cəhətləri açıqlandı
Yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıçısında (çipində) yerləşdirilən müəyyən məlumatların oxunması mümkündür.
Bu barədə Minval.info-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, bu il sentyabrın 1-dən ölkədə yeni nəsil elektron şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Qanunvericiliyə əsasən, həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatlar elektron daşıyıcıda (çipdə) yerləşdirilir.
Məlumatda qeyd edilib ki, şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar istehsalçı şirkət tərəfindən təqdim olunub.
Həmin faylları Daxili İşlər Nazirliyinin və Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəsmi internet saytlarında yerləşdirilmiş BU və DİGƏR linklərdən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxumaq və zərurət olduqda eksport etmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?