28.10.2026 - 11:14
Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır
İqtisadiyyat 163 baxış

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artmaqdadır. Publika.az-ın xəbərinə görə, ölkədə bir ay ərzində kartların sayı 414 min ədəd artaraq 23,4 milyona çatıb. Avqust ayı ilə müqayisədə sentyabrda kartların artım tempi 2,2 dəfə sürətlənib və adambaşına 2,3 kart düşüb.

İqtisadçı Eldəniz Əmirov bu artımın səbəbləri barədə danışıb. O bildirib ki, kartların sayının artmasına səbəb kartdan-karta köçürmə əməliyyatlarına tətbiq edilən limitlərin olmasıdır. İnsanlar bu limitlərdən yayınmaq üçün əməliyyatlarını müxtəlif banklar və kartlar arasında bölüşdürməyə çalışırlar.

E. Əmirov vurğulayıb ki, bu, iqtisadi baxımdan məntiqli davranışdır, lakin əlavə statistika olmadan fakt kimi dəyərləndirilə bilməz. Aktiv kartların sayı, köçürmələrin həcmi və limitə çatan istifadəçilərlə bağlı məlumatlar olduqdan sonra daha dəqiq təhlil aparmaq mümkündür.

İqtisadçı, həmçinin əlavə edib ki, beynəlxalq təcrübəyə əsasən, Azərbaycanda adambaşına düşən 2,3 ödəniş kartı qeyri-adi deyil. Məsələn, Çində hər nəfərə orta hesabla 7, avrozonada 2,5, Böyük Britaniyada isə 2,4 kart düşür. Bu baxımdan Azərbaycan Avropa maliyyə bazarları ilə müqayisə edilə biləcək səviyyədədir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: