Yeni ödəniş qaydaları: Kimlər üçün məhdudiyyətlər yoxdur?
Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) banklar və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərini azaltmaq üçün ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiqi barədə razılığa gəliblər.
Minval.info xəbər verir ki, bu yanaşma çərçivəsində hər bir ödəniş aləti üzrə gündəlik maksimum 5 əməliyyat, aylıq isə 20 min manata qədər mədaxil əməliyyatları həyata keçirilə bilər. Banklar və elektron pul təşkilatları istifadəçilərə hər bir hesab üçün yalnız bir ödəniş aləti təqdim edəcək. Hazırda məxaric əməliyyatlarına limit tətbiq olunmayıb.
Bu yanaşma, müştərilərin özlərinə və yaxınlarına aid olan ödəniş alətlərinə tətbiq edilmir. Müştərilər tərəfindən təqdim edilən əməliyyat məlumatları risk profilinə uyğun olduğu təqdirdə də limitlər tətbiq olunmayacaq. Əlavə ödəniş alətləri üçün əsaslandırmalar təqdim edildikdə, banklar və elektron pul təşkilatları tərəfindən təmin ediləcək.
Bu yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik istifadəçilərə əlavə məhdudiyyətlər yaratmayacaq və onların gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək. İstifadəçilər rəqəmsal ödənişlərin üstünlüklərindən istifadə edərək əməliyyatlarını icra etməyə davam edəcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır