“Yeni Müsavat” yazdı, Naximov qəsəbəsində küçəyə asfalt döşəndi – FOTOLAR, VİDEO
Bir müddət öncə Xətai rayonu, Naximov qəsəbəsi, ikinci döngənin problemlərini çəkib işıqlandırmış, yolların acınacaqlı vəziyyətini diqqətə çatdırmışdıq. Nəhayət ki, əraziyə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən yol çəkilir.
“Yeni Müsavat” qəzeti olaraq görülən işləri işıqlandırmaq üçün əraziyə baş çəkdik, sakinlərin sevincinə şərik olduq.
İllərdir asfalt üzü görməyən küçələrə asfalt çəkilir, sakinlər palçıqlı küçələrdən xilas olur.
“Biz illərdir ki, acınacaqlı halda yaşayırdıq, evdən çıxanda 2 ayaqqabı götürürdük, biri ilə palçığa bata-bata küçədən keçirdik, digər təmiz ayaqqabını sonda geyinib, işə gedirdik. Artıq buna ehtiyac olmayacaq. Hamısı da sizin qəzetin sayəsində baş verdi. Sizə qədər hər yerə müraciət etmişdik, faydası yox idi, dekabr ayında gəldiniz, sizə dərdimizi danışdıq, çəkdiniz və aidiyyəti qurumlara bunu çatdırdınız. Bundan sonra burada iş başladı. Allah bu işin baş tutmasına bizə kömək olan hər kəsə, icra hakimiyyətinə, yol çəkən işçilərə kömək olsun” – deyən qəsəbə sakinləri görülən işlərdən çox razıdırlar.
https://www.youtube.com/watch?v=IKylxPrkD1Y&feature=emb_title
Sakinlərin sözlərinə görə, asfaltın uzunömürlü olması üçün ərazinin kanalizasiya sistemi, su xətləri də düzəlməlidir. Çünki evlərə çəkilən su xətləri köhnəlib, plastik olduğu üçün tez-tez sıradan çıxır, küçələri su basır. Kanalizasiya sistemi də normal olmadığı üçün yağış suları ya küçələri su içində saxlayır, ya da evlərin zirzəmilərinə dolur. Sakinlər digər qurumları kimi “Azərsu” ASC-dən də operativ reaksiya gözləyirlər.








Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?