"Yeni Müsavat" qəzetinin əməkdaşları cəbhə bölgəsində - Düşmən təxribatına şahidlik etdilər FOTO REPORTAJ
“Yeni Müsavat” qəzetinin reportyor qrupu hazırda Tovuz rayonunun Ağdam kəndinə ezam olunub.
Əməkdaşlarımız İlkin Muradov və Məhəmməd Türkmən kənddəki son vəziyyətlə bağlı məlumatları çatdırırlar.
Reportyor qrupumuz xəbər verir ki, hazırda Ağdam kəndinin düşmənlə sərhəddə olan son yaşayış evindədirlər. Çəkiliş aparılan ərəfədə ermənilər ağır artilleriyadan yaşayış məntəqələrini atəşə tutmaqda davam edib.
Əməkdaşlarımız həmin görüntüləri də lentə ala biliblər.
https://www.youtube.com/watch?v=t9wnVXoBPhM&feature=youtu.be
Kənd sakini Nəsif Yusifov əməkdaşlarımıza bildirib ki, dünəndən etibarən kənd atəşə tutulub. Ona məxsus olan evə də ciddi zərər dəyib. Evin həyətinə qəlpələr tökülüb.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Reportyorlarımızla söhbət zamanı kənd sakinləri bildiriblər ki, düşmənin atəşi dəfələrlə ordumuz tərəfindən susdurulub.
Ağdam kəndindən düşmənin hədəf olaraq seçilən, vurlan məntəqələrini də müşahidə etmək mümkündür.
Əməkdaşlarımız daha geniş məlumatlar verəcəklər.






Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026