Yeni ildən bütün avtobuslar kart sisteminə keçəcək
Qala, Pirallahı, Mərdəkan, Bilgəh, Buzovna, Maştağa qəsəbələri istiqamətində yeni avtobusların istifadəyə verilməsi nəzərdə tutulur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev ötən gün açılışı baş tutmuş Koroğlu Mübadilə Mərkəzində keçirilən mediatur zamanı deyib. Bildirib ki, yeni avtobuslar daha çox sərnişinlərin narazı olduğu marşrut xətlərinə verilib:
“Avtobus parkının yenilənməsi ilə bağlı onu deyə bilərəm ki, bu il 300 yeni avtobus gətirilib və ilin sonuna kimi bütün avtobuslar sərnişinlərin istifadəsində olacaq. Hazırda daşıyıcılar da yeni avtobusların gətirilməsində maraqlıdır. Yeni ildən bütün avtobusların kart sisteminə keçirilməsi nəzərdə tutulub. Bu, bir-iki xətt istisna olmaqla həyata keçiriləcək”.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi