Yeni direktor Vüqar Səfərlinin kadrlarını KİVDF-dən kənarlaşdırdı
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılov qurumun bütün əməkdaşlarını işdən çıxarıb.
Minval.ino “BakuPost” -a istinadən xəbər verir ki, yeni direktorun bu radikal addımı ilkin araşdırmalardan dərhal sonra baş verib. İşdən çıxarılan şəxslərin kim olması, hansı prinsiplə işə götürlüməsinə nəzər yetirdikdə, Fondun indiyə qədər fəaliyyəti barədə tam təsəvvür yaranır.
Sayt işdən çıxarılan şəxslərin adların da yayıb.
1. Aygün Süleymanova – Prezidentinin Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdirinin müavini Tahir Süleymanovun qızı;
2. Gülgün Zahidli – Digər müavin Ərəstun Mehdiyevin qardaşı qızı;
3. Aydın Quliyev – “Bakı-Xəbər” qəzetinin baş redaktoru;
4. Ramin Kərlimli – Vüqar Səfərlinin bacısı oğlu;
5. Elşad Tağıyev – Vüqar Səfərlinin qohumu, həmkəndlisi;
6. Samir Mustafayev – Mətbuat xidmətinin rəhbəri;
7. Mehrac Babayev – “Verso-M” tikinti şirkətinin sahibi;
M.Babayev həm də müəyyən məsələlərə görə siyasi çevrələrdə yaxından tanınır.
Məlum olub ki, jurnalistlərin binasını qeyri-rəsmi olaraq M.Babayev tikib.
Bundan əlavə, fondun tərkibində olan “Tikinti Şöbəsi”nin 5 əməkdaşı da işi ilə vidalaşıb.
Fondda köhnə komandadan yalnız baş mühasib vəzifəsini icra edən Təhminə Yaqubova qalıb.
KİVDF-nın baş mühasibi və eyni zamanda “Mövqe” qəzetinin mədəniyyət şöbəsinin müdiri idi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurasının yeni üzvləri açıqlandı
Modern.az 17 ildir oxucularla birlikdə!
İTV 21 yaşını qeyd edir
Jurnalistlər haqqında yanlış xəbərlər etiraz doğurdu
Mais Ağayev bu tv-yə rəhbər təyin olundu
Space TV-də yeni yüksək vəzifə təyinatı
Çimərliyə gedənlərin nəzərinə