Yaşayış yerini tərk edən koronavirus xəstələrinə cinayət işi açılıb
Dekabrın 4-də və 5-də polis əməkdaşları tərəfindən respublika ərazisində 20 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.
Bu barədə Minval.info-ya DİN-in Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşları COVID-19-a yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 3 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Porno ulduz evində ölü tapıldı - FOTO
Gömrükdə külli miqdarda tibbi maddələr aşkarlandı
MTV-nin aparıcısı bir gündə iki dəfə qəzaya düşüb öldü
Gəncədə şadlıq sarayının rəhbəri cəzalandırılıb
Azərbaycanda məktəb müəllimi qaçırıldı
Bakıda yanacaqdoldurma məntəqəsinə saxta əsginas təqdim edən şəxs saxlanılıb
Bakıda keçmiş polis “lapatka”yla döyüldü