Marketdə ailə zorakılığı: Qadının həyatı təhlükədə!
Bir marketdə baş verən hadisə cəmiyyətdə ciddi narahatlıq doğurub. Kişi həyat yoldaşını uşağının gözü qarşısında döyüb. Hadisə qadının autizmli övladının gözü önündə baş verib ki, bu da vəziyyəti daha da ağırlaşdırıb.
Minval.info xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu barədə sosial şəbəkədə paylaşım edib. O, bildirib ki, illərdir həyat yoldaşının zorakılığına məruz qalan üç uşaq anası sonuncu dəfə marketdə insanların və ən kiçik övladının gözü qarşısında ağır şiddətə məruz qalıb.
Hazırda qadının həyatının təhlükədə olduğu bildirilir. Ən narahatedici məqam isə şiddət göstərən şəxsin hələ də sərbəst şəkildə dolaşmasıdır. Bu qadın və üç övladı üçün təhlükəsizliyin təmin olunması çox vacibdir. Belə hallarda susmaq və göz yummaq daha böyük faciələrə səbəb ola bilər. Ümid edirik ki, aidiyyəti qurumlar məsələyə təxirəsalınmaz şəkildə müdaxilə edəcək və qadının və övladlarının təhlükəsizliyi təmin olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şahin Hüseynli "Azərkosmos"da yeni vəzifəyə təyin edildi
Kənd Təsərrüfatı Nazirliyində yeni kadr dəyişikliyi
Xərçəngə meydan oxuyan cərrah: "Sənə sahibəm
Regionda ilk qar 14 oktyabrda gözlənilir
Turisti təəccübləndirən musiqi haqqı: 7 avro!
Bakubus sürücüləri "İntizar"la musiqi günü qeyd etdi
Suraxanıda sakinlər təhlükə içində: Evlərə su dolur!