Bu küçələrdə işıq kəsiləcək!
Bu gün Bakının Yasamal rayonunun müəyyən ərazilərində təmir işləri aparılacaq və bu səbəbdən elektrik enerjisi verilişində fasilələr olacaq.
Minval.info xəbər verir ki, “Azərişıq”ın məlumatına əsasən, elektrik təchizatının keyfiyyətini artırmaq və artan yük tələbatını qarşılamaq məqsədilə avqustun 14-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidmət sahəsində yerləşən Transformator Məntəqəsində təmir işləri həyata keçiriləcək. Bu səbəbdən, saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Məmməd Rəhim, Landau və Qurban Xəlilov küçələrinin bir hissəsində elektrik enerjisi kəsiləcək.
Təmir işləri tamamlandıqdan sonra bu ərazilərdə yaşayan abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır