Yasamalda əməliyyat –
Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 7 gündə həyata keçirilən əməliyyatlar nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılaraq ərazi üzrə şöbə və bölmələrinə gətiriliblər.
Minval.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Əməliyyat nəticəsində paytaxt sakinləri Emin Muradov, Cavad Qasımov, Elman Baxışov, Vaqif Mahmudov, Vüsal Saidov, Eldəniz Ələkbərov, Toğrul Əliyev, Seymur Qənbərov, Nemət Qənbərov və Cavid Məhərrəmov tutulublar.
Onların üzərindən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Yasamal rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
https://youtu.be/TlEj4BGYxk8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi