Yarışmada qalibə birinci yeri pulla satan Namiq Fərhadoğlu: “Yaxşı etmişəm”
Aşıq Namiq Fərhadoğlu aparıcısı olduğu “Sazı köklə” adlı aşıqlar yarışmasında birinci yeri qalibə pulla satıb.
BAKU.WS xəbər verir ki, bu haqda ifaçı, qatıldığı “Həmin Zaur” proqramında məlumat verib. O, birinci yerə sahib olan şəxsdən 10 min manat aldığını etiraf edib:
“Biri soruşdu ki, birinci yerin xərci nə qədərdi? Mən də dedim, avtomobil qoyuram, gərək üç qat qazanım. Dedim ki, 10 min ver, səni birinci edim.
Maşına görə etdim. Sonra mənə dedilər ki, deyin, mən satmıram, ekspertiza qərar verir. Dedim, kişi kimi söz demişəm, yaxşı etmişəm. İnsan dediyi sözün ağası olmalıdır.
Ora gələn səslərdən 18 faiz vergi ödəyirəm. Camaat evini satıb səs verir. Orada ağa da, nökər də mənəm”.
Qeyd edək ki, sözügedən yarışma “Lider” kanalında yayımlanıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tərtərdə hərbi hissəyə hücum edib əsgəri öldürmüşdü - DTX belə saxladı+Video
Yolda gedən qadının üzərinə yanan adam düşdü - QORXUNC... + VİDEO
Türkiyədə ölənlərin sayı 32 minə çatır
Ukrayna Belarusla sərhəddə təlimlər keçirib
Prezidentin köməkçisi: "Sərt karantin daha 2 həftə uzadılacaq" - VİDEO
Aqil Abbasın rəis oğluna töhmət verildi
"Qarabağ"a erməni komandası deyən türkiyəli idman yazarı ÜZR İSTƏDİ