31.07.2026 - 20:42
Təhsil 25 baxış

Yaqub Baratlı ali təhsil üçün Qarabağ universitetini seçdi

Gəncə şəhərində yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Yaqub Baratlı, ölkə və beynəlxalq səviyyədə əldə etdiyi uğurlarla tanınır. O, ali təhsilini Qarabağ Universitetində davam etdirmək qərarına gəlib.

Minval.info xəbər verir ki, Yaqub Baratlı son beş il ərzində kimya fənni üzrə həm ölkə daxilində, həm də beynəlxalq yarışlarda böyük nailiyyətlər əldə edib. 2022-ci ildə Respublika fənn müsabiqəsində gümüş, 2023-cü ildə Respublika fənn olimpiadasında bürünc, 2024, 2025 və 2026-cı illərdə isə ardıcıl olaraq qızıl medallar qazanıb.

Yaqub, beynəlxalq arenada da Azərbaycanı uğurla təmsil edib. 2024-cü ildə Rumıniyada keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında bürünc, 2026-cı ildə Rusiyada təşkil olunan Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında bürünc və Özbəkistanda keçirilən Beynəlxalq Kimya Olimpiadasında gümüş medal qazanıb.

Qarabağ Universiteti, son illərdə yüksək akademik göstəriciləri ilə seçilən tələbələrin üstünlük verdiyi təhsil müəssisələrindən birinə çevrilib. Universitetin müasir tədris infrastrukturu, güclü professor-müəllim heyəti və elmi-tədqiqat mühiti, istedadlı gənclərin seçimində mühüm rol oynayır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: