03.09.2018 - 09:15
Siyasət
19 baxış
Yaponiyanın xarici işlər naziri Azərbaycana gəlir — 19 ildə ikinci dəfə...
Sentyabrın 2-də Yaponiyanın xarici işlər naziri Taro Kono Qafqaz ölkələrinə və Almaniyaya 6 günlük səfərə yola düşüb.Nazir səfərə Tokio yaxınlığındakı Narita aeroportundan yollanıb.
T.Kono son 19 ildə Yaponiyadan Azərbaycana səfər edən ikinci xarici işlər naziridir.
Səfər zamanı T.Kono Qafqaz ölkələri ilə əlaqələri gücləndirmək barədə müzakirələr aparmaq niyyətindədir. Səfərə yola düşməzdən əvvəl nazir deyib ki, Asiya ilə Avropa arasında yerləşən bu ölkələr mühüm geosiyasi mövqeyə malikdirlər.
Almaniyada isə T.Kono bu ölkənin Federal Kansleri Angela Merkellə görüşəcək. Nazir ümid edir ki, ABŞ ilə Çin arasında ticari qarşıdurmanın gücləndiyi bir vaxtda Almaniya Yaponiya ilə azad ticarətin saxlanması üçün əməkdaşlığı davam etdirəcək.
Ölkə.Az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İraq-İran sərhədində üç keçid yenidən açılır
13.09.2026 - 22:20
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
12.09.2026 - 23:21
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
12.09.2026 - 22:04
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
12.09.2026 - 21:50
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
12.09.2026 - 21:29
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
12.09.2026 - 20:19
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
12.09.2026 - 17:38
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!
12.09.2026 - 17:03