"Yanlış informasiyalar saytlara sızır" - Deputatdan mətbuat xidmətlərinə tənqid
Milli Məclisdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın yayılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə olunur.
Musavat.com xəbər verir ki, layihə ilə bağlı komitə sədri Zahid Oruc məlumat verib.
Deputat Musa Qasımlı informasiya məkanındakı boşluqlara diqqət çəkib: “Biz informasiya məkanını boş buraxmamalıyıq”.
Deputat Arzu Nağıyev bu məsələ ilə bağlı çıxış edərkən mətbuatda əksini tapan yanlışlıqların səbəbindən danışıb: “Bəzən qurumların mətbuat xidmətləri öz işlərini normal şəkildə yerinə yetirmədiklərinə görə yanlış informasiyalar saytlara sızır. Ona görə də həmin mətbuat xidmətləri vaxtaşırı mətbuat konfransları keçirməlidirlər”.
A.Nağıyev dedi ki, Azərbaycan ordusunda, Silahlı Qüvvələrində vəziyyətin necə olması barədə məlumat verilməsi narahatlığın qarşısını alardı.
Müzairələrdən sonra dəyişiklik qəbul edildi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir